22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evinin açılışında 36 mərtəbəli binanın təkcə Türkiyə vətəndaşları və soydaşlarına deyil, həmçinin ABŞ-da yaşayan qohum xalqlara və dost cəmiyyətlərə də xidmət göstərəcəyini, qurumun qapılarının hər kəsin üzünə açıq olduğunu bildirib.
O, yeni mərkəzin ərsəyə gəlməsində Türkiyənin mərhum sabiq prezidenti Süleyman Dəmirəl başda olmaqla, bir çox şəxslərin xidmətlərini qeyd edib.
“Türk Evi keçmiş xarici işlər nazirimiz mərhum İhsan Sabri Çağlayangil tərəfindən dövlətimizə qazandırılan torpaq sahəsi üzərində inşa edilib. 1977-2013-cü illərdə xidmət göstərən binamızı yeniləməyə qərar verdik və buna nail olduq. Bu binanın Nyu-Yorkda BMT-nin qarşısında inşa olunması xüsusi bir məna daşıyır. Türkiyə BMT-nin qurucu üzvlərindən biri olaraq beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olması üçün göstərilən fəaliyyətlərə aktiv dəstək verir”, - deyə dövlət başçısı bəyan edib.
Ərdoğanın sözlərinə görə, Türk Evində ölkənin BMT-dəki daimi nümayəndəliyi, Nyu-Yorkdakı konsulluğu və Şimali Kipr Türk Cümhuriyyətinin daimi təmsilçiliyi yerləşəcək. Bina Türkiyə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərəcək.
Bölməyə aid digər xəbərlər