Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya baş nazirinin müavini: “Bakı, Moskva və İrəvan nəqliyyat əlaqələrini açmaqda qərarlıdır”

Baxış: 313
Azərbaycan, Rusiya və Ermənistan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasında qərarlıdır.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bazar ertəsi İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumu çərçivəsində jurnalistlərə deyib.
“Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan son görüş avqustun ortalarında Moskvada keçirilib. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında qərarlıdır. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparılır”, - deyə Overçuk bildirib.
Onun fikrincə, nəqliyyat marşrutlarının bərpası ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.