Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Baxış: 377

Prezidenti İlham Əliyev yəhudi xalqının yeni il bayramı - Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib.
Təbrikdə mədəniyyətlərarası və dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələrinin əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində yaşadıqları vurğulanır. Qeyd olunur ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunması, milli azlıqların dil və mədəniyyətinin inkişafı dövlətin daimi himayəsi altındadır. Bu siyasət milli-tarixi ənənəyə və beynəlxalq hüquqi prinsiplərə sadiq Azərbaycan üçün prioritet istiqamətlərdəndir.
Təbrikdə deyilir: “Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar.
Məmnunluq hissi ilə qeyd edirəm ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir.
Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!”

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.