Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Millət vəkilləri “Təmiz Şəhər” ASC-də görüş keçirib - FOTO

Baxış: 355

Bu gün Sumqayıt şəhərini Milli Məclisdə təmsil edən deputat həmkarlarım - Hicran Hüseynova, Tahir Mirkişili və Müşfiq Məmmədli ilə birlikdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə “Təmiz Şəhər” ASC-də görüşümüz keçirildi.
Görüş zamanı Sumqayıt şəhərində tullantı materiallarının utilizasiyası və emalı ilə bağlı müzakirələr, şəhərdə ekoloji vəziyyətin normaya salınması ilə bağlı lazım olan tədbirlərin həyata keçirilməsi yönündə fikir mübadiləsi apardıq.
Görüşdə deputat həmkarlarımla birlikdə Sumqayıtın hazırki ekoloji durumu ilə bağlı narahatlığımızı ifadə etdik. Eyni zamanda "Təmiz Şəhər" ASC-nin tərkibində olan Bakı Bərk Məişət Tullantıları Zavodunun, Balaxanı Bərk Məişət Tullantıları zavodunun, Balaxanı şəhər Tullantılarının zərərsizləşdirilməsi poliqonunun iş prinsipləri ilə əyani şəkildə tanış olduq.
Görüşdə həmkarlarımla birlikdə analoji müəssisənin Sumqayıt şəhərində də qurulması və tətbiqi ilə bağlı müzakirələr aparıldı.
Həmçinin Balaxanı Sənaye parkında rezidentlərlə tanış olaraq və fəaliyyətini müşahidə etdik.
Növbəti görüşümüzün Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulub.










Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.