18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
Bu gün, avqustun 23-də Kiyevdə 40-dan çox ölkə və beynəlxalq təşkilatın nümayəndə heyətinin iştirak edəcəyi “Krım Platforması” zirvəsi açılır. Ukraynada “Krım Platforması”na böyük önəm verilir.
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova Sahibkartv.az-a bunun nə olduğunu, mahiyyətini və vəzifələrini izah edib:
“Biz nazirlikdə buna strateji olaraq yanaşdıq və bir müddət əvvəl Krımın işğaldan çıxarılması üçün xarici siyasət strategiyası hazırladıq, sonra o həmçinin Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Radasına (RNBO) verildi. Və bu qurum bütün strategiyanı təsdiqlədi”.
O bildirib ki, bu sənəddə ölkənin son məqsədinin Krımın işğaldan çıxarılması vəzifəsi olması rəhbər tutulur:
“Və aydındır ki, buna nail olmaq üçün bir çox məsələni həll etməliyik. Biz həm də Krım məsələləri ilə bağlı bir növ koordinasiya, dialoq platforması yaratmaq ehtiyacından da yola çıxmışıq.
Əslində, “Krım Platforması” “üç sütun” üzərində dayanır: strateji baxış, konsolidasiya və sinerji. Strateji baxış RNBO-nun materiallarında nəzərdə tutulub və orada isə açıq və qapalı hissələr var”.
Caparova vurğulayır ki, bunun ətrafında siyasi və diplomatik mübarizə çərçivəsində taktiki işlər qurulmalıdır:
“Ən başlıcası, Krım məsələsini beynəlxalq gündəmdə saxlamaqdır. Və başa düşdük ki, Rusiya Federasiyası bu formatın baş tutmaması üçün bütün vasitələrindən istifadə edə bilər”.
O qeyd edib ki, Qarabağ mövzusu bizim üçün maraqlıdır:
“Qarabağın azad edilməsi uğrunda mübarizədə siyasi və diplomatik çərçivənin necə dəyişdirildiyi bizim üçün maraqlıdır: Ukraynalı mütəxəssislər Azərbaycan təcrübəsini müzakirə edirlər”.
Caparova həmçinin bildirib ki, “Krım Platforması” bütün ssenariləri müzakirə etməyə imkan verir, amma bu gün, biz yalnız siyasi və diplomatik reaksiyadan danışırıq.
“Bizim mütəxəssislərin işləyə biləcəyi yüksək keyfiyyətli təhlillərə, tövsiyələrə ehtiyacımız var. Biz istəyirik ki, Krım mövzusu Bakı da daxil olmaqla digər ölkələrin paytaxtlarına gedib çıxsın və müxtəlif səviyyələrdə- rəsmi və qeyri-rəsmi olaraq müzakirə olunsun”, – deyə ukraynalı nazir müavini qeyd edib.
Bölməyə aid digər xəbərlər