22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
“10 noyabr tarixli üçtərəfli bəyanata bütün tərəflər riayət etməlidirlər, ələlxüsus da Rusiya. Çünki bölgədəki sülhməramlı qüvvələr Rusiyaya məxsusdur. Rusiya müharibədən sonrakı vasitəçilik missiyasını öz üzərinə götürüb və münaqişə tərəfləri bununla razılaşıblar. Bununla bağlı Müdafiə Nazirliyinin bəyanatı reallığı tam əks etdirir”.
Sahibkartv.az xəbər verir ki, bu sözləri ermənilərin Qarabağdakı təmas xəttində yeni postlar qurmaq cəhdi ilə bağlı Müdafiə Nazirliyinin bəyanatını şərh edən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, hazırda bölgədə baş verən bir sıra hadisələr belə qənaətə gəlməyə əsas verir ki, sülhməramlılar ya vəzifələrinin öhdəsindən gələ bilmirlər, ya da baş verənlərə göz yumurlar:
“Bəyanatın imzalanmasından az qala bir il keçir, ancaq separatçılara məxsus silahlı qüvvələr hələ də Azərbaycan ərazisində qalmaqdadırlar. Bəyanatda bildirilir ki, sülhməramlıların bölgədə yerləşməsi ilə paralel olaraq separatçı silahlıların da çıxarılması həyata keçirilməlidir. Biz bu gün bunu görmürük”.
Deputat hesab edir ki, sülhməramlıların əsas missiyası yerli əhalinin xoşuna gəlmək deyil, bəyanatın şərtlərinin həyata keçirilməsidir:
“Hər gün sülhməramlılar ilə yerli əhalinin hansısa birgə aksiyasının videokadrlarını görürük. Gah hansısa təlimi keçirlər, gah oturub yerli özfəaliyyət dərnəklərinin konsert və tamaşalarına baxırlar. Bu, nəinki missiyanın şərtlərinin həyata keçirilməsi deyil, məncə, həm də qeyri-ciddi təəssürat yaradır”.
Millət vəkilinin fikrincə, izlənən bəzi hadisələr sülhməramlıların fəaliyyətində ciddi çatışmazlıqların olduğunu sübut edir:
“Erməni separatçı dəstələri ora-bura gəzirlər, postlar qurmağa cəhd edirlər. Laçından keçən yol demək olar ki, nəzarətsizdir, sülhməramlıların maşınları necə “yoxlamaları”nı əks etdirən videoları görmüşük. Sürücüyə bir-iki sual verib buraxırlar. Elə bil sürücü də and içir ki, maşınımda silah yoxdur, Xankəndiyə səfərim sülh xarakterlidir. Ermənistandan hərbi maşınlar Qarabağa hərbçiləri daşıyır. İrandan qanunsuz şəkildə Qarabağa yük maşınları gəlir. Bütün bunlar sülhməramlıların gözləri qarşısında baş verir”
E.Allahverdiyev diqqəti bir məqama yönəltməyi vacib sayır. Belə ki, 10 noyabr bəyanatından sonra Ermənistan rəsmi şəkildə Qarabağa hərbçi göndərməyəcəyini bəyan etdi. Bu, o anlama gəlir ki, separatçılar hərbi baxımdan problemlərini özləri həll etsinlər:
“Düzdür, altdan-altdan işlərini görmək istəyirlər. Ancaq rəsmi şəkildə Qarabağa hərbçi göndərmirlərsə, bu o deməkdir ki, orada baş verən hərbi xarakterli hadisələrə cavabdeh deyillər. Amma separatçılar qalır. Onları da çıxarmaq vəzifəsi sülhməramlıların üzərindədir. Bu, baş vermir. İndi biz hansı qənaətə gələk?”
Dünən MN-nin bəyanatından sonra Ermənistan XİN-i cavab bəyanatı verib. Sənəddə qeyd olunur ki, 10 noyabr bəyanatında yalnız “Dağlıq Qarabağ ətrafındakı ərazilərdən silahlıların çıxarılması” əks olunur ki, bu da baş verib.
E.Allahverdiyev hesab edir ki, bu, ermənilərə məxsus riyakarlıq və simasızlığın, tarixi saxtalaşdırmanın növbəti təzahürüdür.
“Bəyanatın üzərindəki mürəkkəb qurumayıb, ermənilər artıq tarixi saxtalaşdırmağa girişiblər. Sənəddə heç bir bölgü yoxdur və sülhməramlıların yerləşməsi ilə paralel separatçı hərbçilərin çıxarılması qeyd olunur. Sülhməramlılar hara yerləşib? Ağdama, Laçına, yoxsa Kəlbəcərə? Harada yerləşiblərsə, silahlılar oradan da çıxmalıdırlar. Ermənistan XİN-i tarixi sənədi saxtalaşdırmağa cəhd etməklə bərabər, görünür ki, həmin bəyanatın maddələrindən bixəbərdir. Təəccüblü deyil, neçə aydır nazirsiz və başsızdırlar”, - deyə deputat vurğulayıb.
Bölməyə aid digər xəbərlər