22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
“Son günlər Azərbaycanda koronavirusa yoluxma və ölüm sayının artması ciddi narahatlıq doğurur. Bir sıra qonşu dövlətlərdə də vəziyyət eynidir. Artıq Gürcüstan sərt qərarlar qəbul etməyə başlayıb”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, virusa yoluxanların sayında artım bir çox səbəblərdən baş verir:
“Vətəndaşların bir sıra hallarda müəyyən qayda və normalara əməl etməmələri, eləcə də xarici səfərlər də yoluxma sayının artmasına təsir edir. Prosesin təhlili göstərir ki, əgər vəziyyət belə davam etsə, Azərbaycan hökuməti də məhdudiyyətlərin tətbiqi ilə bağlı müəyyən qərarlar qəbul edə bilər.
Hətta yenidən qapanmalara da gedilə bilər. Prosesdə iki tərəf var. Biri dövlətdir, hansı ki, üzərinə düşəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Ötən müddətdə Azərbaycan pandemiya ilə uğurlu mübarizə aparmağa müvəffəq oldu. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdi. Azərbaycan bir çox dövlətlərə humanitar yardımlar etdi. Bu imici qorumalıyıq. Pandemiya ilə mübarizədə digər tərəf isə vətəndaşlardır. Onlar da çalışmalıdırlar ki, müəyyən qaydalara tam əməl etsinlər”.
Deputat vətəndaşları da pandemiya qaydalarına əməl etməyə çağırıb:
“Vəziyyətin təhlili hələ də bəzi vətəndaşların qaydalara tam əməl etmədiklərini və vaksinasiyadan keçmədiklərini göstərir. Ölkəmizdə vaksinasiya prosesi sürətlə həyata keçirilir. Prosesdə bütün vətəndaşlar aktiv iştirak etməlidirlər. Hər kəs məsələyə çox həssas və məsuliyyətlə yanaşmalıdır. Vaksin vurdurmayan insanlar təkcə özlərini deyil, digər vətəndaşları da düşünməlidirlər. Sağlam gələcək hər birimizdən asılıdır”.
Qeyd edək ki, hazırda ölkədə 13 807 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 354 662 nəfər COVID-19-a yoluxub, 335 771 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 084 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 478 042 doza vaksin vurulub.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Bölməyə aid digər xəbərlər