Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan: “Yanğınların söndürülməsinə dəstək məsələsində ən önəmli ölkə Azərbaycandır” - VİDEO

Baxış: 311

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı ortaq canlı yayımda media nümayəndələrinin suallarını cavablandırıb.
“Anadolu” xəbər verir ki, dövlət başçısı yanğınlara qarşı mübarizədə dəstək göstərən ölkələr arasında ən önəmlisinin Azərbaycan olduğunu bildirib. O, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə daha bir amfibiya təyyarənin Türkiyəyə göndəriləcəyini deyib.
“Bildiyim qədər sayları 50-dən çoxdur - beynəlxalq dövlətlər və təşkilatlar dəstəklərini ifadə ediblər. Hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Ən əsası Azərbaycandır. Təxminən 200 yanğınsöndürən, yanğınsöndürmə helikopterləri və əsgərlərlə yanğına qarşı mübarizə aparırlar.
Hörmətli İlham Əliyev təmirdən çıxacaq bir amfibiya təyyarəsindən danışdı. “Onu da göndərəcəyəm” dedi”, - Ərdoğan bəyan edib.
Həmçinin, Türkiyə prezidenti son bir həftə ərzində ölkədə 187 yanğın ocağının meydana gəldiyini, onlardan 172-nin nəzarət altına alındığını qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.