Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu Türkiyədəki yanğınları müzakirə etdi

Baxış: 342

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, Azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mövlud Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.