Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan nümayəndə heyəti İrana gedib - VİDEO

Baxış: 574

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter”də bildirib.
“Milli Məclisin sədri, Baş nazirin müavini və xarici işlər nazirinin müavinlərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşdü. Qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir”, - deyə iranlı diplomat bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.