Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin parlament sədrindən Ermənistana ÇAĞIRIŞ

Baxış: 239

“Ümid edirik ki, Ermənistandakı seçkilərdən sonra Nikol Paşinyan sülh üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və prosesi sürətləndirəcək”. 
Sahibkartv.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycan parlamentində keçirilən üçtərəfli görüşdə deyib.
“Azərbaycanın Ermənistana sülh çağırışlarını biz açılım olaraq dəyərləndiririk. Ermənistan bu çağırışa adekvat cavab verərsə, Türkiyə olaraq bunu ən düzgün mövqe kimi qiymətləndirərik”, - deyə M.Şəntop əlavə edib.
Türkiyə parlamenti düşünür ki, Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı sülh istəyənləri cəsarətləndirəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.