Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əlillik təyinatı ilə bağlı yeni qayda qəbul edildi

Baxış: 473
Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Sahibkatv.az xəbər verir ki, dəyişiklik, əlillik müddətinin bitməsindən sonrakı 6 ay aralıq müddəti ilə əlaqədardır. 
Belə ki, əlillik müddəti bitdikdən 6 ay ərzində əlillik təkrar qiymətləndirilir.
Nəticədə şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.
Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.
Layihə səsə qoyularaq qəbul edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.