TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
Tarix: 29-04-2026, 13:37
/
Baxış: 837
Xəbər verdiyimiz kimi, baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İrəvanda səfərdədir.
Musavat.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. Səfərin də məhz delimitasiya prosesi ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün öncə sərhədlərin delimitasiyasının yaxın gələcəkdə bitmə ehtimalı olduğunu bildirib.
Musavat.com-un əldə etdiyi məlumata əsasən, görüşdən sonra birgə bəyanatın verilməsi gözlənilir.
Xatırladaq ki, 2022-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sözügedən komissiyanın son iclası 2025-ci ilin noyabrın 28-də Qəbələ şəhərində olub.
Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə keçirilən sayca 12-ci görüş zamanı tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.
Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər. Məhz bu çərçivədə görüş İrəvanda keçirilir.
Digər xəbərlər
Xəbər lenti
16:00
25-08-2026
25-08-2026
15:46
25-08-2026
25-08-2026
15:17
25-08-2026
25-08-2026
15:00
25-08-2026
25-08-2026
14:22
25-08-2026
25-08-2026
13:42
25-08-2026
25-08-2026
13:35
25-08-2026
25-08-2026
12:05
25-08-2026
25-08-2026
12:00
25-08-2026
25-08-2026
11:55
25-08-2026
25-08-2026
11:50
25-08-2026
25-08-2026
11:24
25-08-2026
25-08-2026
10:59
25-08-2026
25-08-2026
10:53
25-08-2026
25-08-2026
10:48
25-08-2026
25-08-2026
10:06
25-08-2026
25-08-2026
10:00
25-08-2026
25-08-2026
09:50
25-08-2026
25-08-2026
09:46
25-08-2026
25-08-2026
09:39
25-08-2026
25-08-2026
09:33
25-08-2026
25-08-2026
09:29
25-08-2026
25-08-2026
09:22
25-08-2026
25-08-2026
09:17
25-08-2026
25-08-2026
09:00
25-08-2026
25-08-2026
22:11
24-08-2026
24-08-2026
21:48
24-08-2026
24-08-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Suvarma Güclənirsə, Kənd Təsərrüfatının Sabahı da Güclənir
25-08-2026 15:46
/
36
Hər Damlası Dəyər Olan Suyun Tarladakı Böyük Gücü
25-08-2026 15:17
/
72
Əkinçinin Ümidi Göydə Deyil, Güclü Suvarma Sistemindədir
25-08-2026 15:00
/
81
Torpağın Dili Sudur, Cavabı isə Bol Məhsul
24-08-2026 22:11
/
189
Su ilə Oyadılan Torpaq, Zəhmətlə Yetişdirilən Sərvət
24-08-2026 21:48
/
162
Tarladan Bazara Uzanan Bərəkət Yolunun Başlanğıcı
24-08-2026 21:18
/
189








































