Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident BƏƏ-nin iş adamlarını qəbul etdi - Fotolar

Baxış: 144
Prezident BƏƏ-nin iş adamlarını qəbul etdi - Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.

“Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticari istiqamətdə daha da genişləndiyi vurğulanıb, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edilib.

Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda BƏƏ şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olunub.

Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvarlıq bildirilib.

Söhbət zamanı investisiyalar, sənaye, o cümlədən dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.