Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib

Baxış: 162
Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib


Macarıstan Baş naziri Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib.

APA verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Macarıstan Baş naziri Viktor Orban bildirib.

Viktor Orban deyib ki, Qərb Rusiya qazını ixrac edən “Türk axını”nın çəkilməsinin qarşısını almaq üçün hər şeyi etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin çəkilməsi üçün iradə ortaya qoyub. Bu kəmərlə Macarıstana qaz ötürülür. Mən Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür edirəm, keçən il Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb. Eyni zamanda, macar şirkətləri Azərbaycan neft-qaz sektorunda çalışır. Macarıstanla Azərbaycanın münasibətləri strateji xarakter daşıyır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.