Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb

Baxış: 181
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb


ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl hazırlayıb.

Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı informasiyaların yer aldığı saytlara, xəbər agentliklərinin səhifələrə keçid baş verir.

Dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Qeyd edək ki, bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.