Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa 2023-cü ildə Azərbaycandan 100 milyon avroya yaxın məbləğdə metanol alıb

Baxış: 223


Avropa 2023-cü ildə Azərbaycandan 100 milyon avroya yaxın məbləğdə metanol alıb


Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan 260,7 min tona yaxın metanol idxal edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 0,4% azdır.
Bu barədə Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verilir.
Hesabat dövründə tədarükün dəyəri 98,8 milyon avro (azalma 5,4%) təşkil edib.
2023-cü ildə Azərbaycandan metanolun əsas idxalçılarının beşliyində aşağıdakı ölkələr yer alıb: Rumıniya - 28,3 milyon avro dəyərində (artım 5,4%) 82,3 min ton (artım 36,9%), İtaliya - 22,8 milyon avro dəyərində (artım 16%) 75,7 min ton (artım 60,4%), Niderland - 20,4 milyon avro dəyərində (azalma 2,4 dəfə) 71,3 min ton (azalma 48,5%), İspaniya - 5,4 milyon avro dəyərində (artım 2,3 dəfə) 16,4 min ton (artım 2,7 dəfə), Litva - 2,9 milyon avro dəyərində (azalma 9,3%) 9,9 min ton (artım 1,7%).

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.