Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Sahibkartv.az”a verilən məlumata görə, sayca 13-cü olan toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində baş tutub. Toplantıya BAF prezidentinin müşaviri Dominik Tilmans moderatorluq edib.
Tədbiri açan BAF-ın prezidenti Kley Mouri görüş iştirakçılarını salamlayaraq, 1950-ci ildən etibarən keçirilən Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətindən danışıb. O, kosmos fəaliyyətinin yeni texnologiyaların inkişafına, insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadiyyatın, elmin və təhsilin tərəqqisinə təsiri barədə fikirlərini bölüşüb, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.
Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sabah Bakı şəhərində işə başlayacaq 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində Azərbaycan Respublikasının Milli Məclisi və spiker Sahibə Qafarovanın adından dünyanın müxtəlif ölkələrindən olan parlament üzvlərini, hökumət nümayəndələrini və digər iştirakçıları salamlayıb.
O, bildirib ki, 50 il bundan əvvəl - 1973-cü ildə Bakıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 24-cü Konqres keçirilmişdi: "Bu il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edir və onun xatirəsini ehtiramla yad edirik. İndi ölkəmiz ən böyük kosmik hadisəyə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə 2023-cü ildə ev sahibliyi edir. Bu, o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra bölgəmizə qayıdır. Həm məzmununa, həm də iştirakçıların sayına görə bu konqresdə əvvəlkilərdən daha çox nümayəndə təmsil olunur".
T.Mirkişili diqqətə çatdırıb ki, Azərbaycanda astronomiya elminə olan maraq hələ qədim zamanlardan mövcuddur. Bölgəmizdəki ən böyük rəsədxanalardan biri Azərbaycandadır. XIII əsrin ortalarında Nəsirəddin Tusi tərəfindən inşa edilən bu astronomik rəsədxana dünya astronomiya elminin inkişafında özünəməxsus yer tutur.
İndi 30 illik işğal başa çatdıqdan və Ermənistan tərəfindən Azərbaycan torpaqlarında separatizmə son qoyulduqdan sonra regionumuzda sülh naminə innovasiyaların, texnologiyaların tətbiqi üçün ən münasib vaxtdır. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Biz ölkəmizi regionun enerji, nəqliyyat və kommunikasiya mərkəzinə çevirə bildik. Hələ qədim İpək Yolu müasir Azərbaycandan keçərək ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırıb.
Komitə sədri bildirib ki, kosmos böyük bir resursdur, peyk sənayesi elm və texnologiyanın, eləcə də rabitə zəncirinin ayrılmaz hissəsidir: "Azərbaycan ilk peykinin buraxılmasından sonra 2013-cü ildən dünya kosmik klubunun fəal üzvü olub. Bir ölkə olaraq, sürətlə inkişaf edən qlobal kosmik ekosistemin bir hissəsi olmaqdan və bu sektorun bütün dünyanın xeyrinə inkişafına töhfə verməkdən məmnunuq".
Sonra tədbirdə çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri bu tədbiri kosmos sahəsində çox önəmli görüş kimi qiymətləndirib. O, İtaliyada kosmos sahəsinin inkişafı üçün görülən işlər, avadanlıqların istehsalı, bu istiqamətdə həyata keçirilən layihələrdə iştirakı barədə məlumat verib.
Daha sonra tədbirin moderatoru, BAF prezidentinin müşaviri Dominik Tilmans kosmos fəaliyyətinin insanların rifahının təmin edilməsində, iqlim sahəsində risklərin idarə edilməsidə, yeni iş yerlərinin açılmasında, ölkələrin təhlükəsizliyinin təmin edilməsində rolu, peyklərlə bağlı həllərin yerinə yetirilməsi barədə fikirlərini bölüşüb. O, ölkələrin kosmos sahəsindəki strategiyalarının müəyyən olunması baxımından bu görüşün əhəmiyyətini vurğulayıb.
Sonra tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparıblar. Birinci panel “Dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdıran kosmik həllər”, ikinci panel “Fəlakətlərin aradan qaldırılması və risklərin idarə edilməsi üçün kosmik həllər”, üçüncü panel isə “Resursların idarə edilməsində kosmik həllər” mövzularına həsr olunmuşdu.
Müzakirələr zamanı BAF-ın sabiq prezidenti Jan-İv Le Qal, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Salim Almalik, BAF-ın Slovakiya ofisinin direktoru Mişel Briçta, “Azərkosmos”un İdarə heyəti sədrinin müavini Fuad Aslanov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız, Milli Məclisin komitə sədri T.Mirkişili, deputat Vüqar Bayramov, Rumıniya Senatının komitə sədri Marius Humelniçu, Almaniya parlamentinin deputatı Malte Kaufman, Polşa parlamentinin nümayəndəsi Boquslav Uontor, Avstraliya Senatının üzvü və nazir Kris Şaçt və başqaları çıxış edərək, kosmos fəaliyyətinin əhəmiyyəti, dövlət xidmətlərinin kosmos həlləri, bu sahədə həyata keçirilən layihələr, yeni kosmos dövrü və digər məsələlər barədə fikirlərini bölüşüblər.
İclasa yekun vuran T.Mirkişili və BAF prezidentinin müşaviri Dominik Tilmans bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar, aparılan müzakirələrin faydalı olduğunu diqqətə çatdırıblar, sabah Azərbaycanın ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin işinə uğurlar arzulayıblar.
Tədbirdən sonra yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab verilib.
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib
Bölməyə aid digər xəbərlər
Oktyabrın 1-də Milli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib.
Tarix: 1-10-2023, 15:12 Oxunub: 177
Bölməyə aid digər xəbərlər
30-09-2023, 17:05
Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlığı yüksək qiymətləndirilib
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
25-01-2023, 11:55
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclasının vaxtı məlum olub
29-06-2022, 18:03
Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
3-06-2022, 18:29
ABŞ konqresmenləri Azərbaycana səfərə gəlib
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
23-12-2021, 10:50
Leyla Əliyeva sərgidə iştirak edib - FOTO
2-11-2021, 18:46
Sahibə Qafarova: “Ermənistan təxribatlarını davam etdirir”
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
8-07-2021, 21:38
İranlı sahibkar Azərbaycanda kartof fri və çipsi istehsal edəcək - MÜƏSSİSƏNİN TƏMƏLİ QOYULDU
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO