Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verib

Baxış: 291


Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı veribƏli Əsədov 
Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə "Sahibkartv.az"a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.
Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.