Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkmənistan Transxəzər kəməri layihəsi üzrə müzakirələri davam etdirməyə hazırdır

Baxış: 293



Türkmənistan Transxəzər kəməri layihəsi üzrə müzakirələri davam etdirməyə hazırdır 


Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq Transxəzər qaz boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazırdır.
Bu barədə  Türkmənistan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verilir.
Bəyanata əsasən, Xəzərdə siyasətin əsas prinsiplərini tənzimləyən fundamental sənəd - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya, 2018-ci ildə beş sahilyanı dövlət tərəfindən qəbul edildikdən sonra layihənin beynəlxalq hüquqi əsaslandırılması şübhəsizdir.
Qeyd olunur ki, həmin sənədin 14-cü maddəsinə əsasən, tərəflər Xəzərin dibi ilə kabellər və boru kəmərləri çəkə bilərlər. Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi marşrutunun müəyyən edilməsi dib sektorundan sualtı kabel və ya boru kəmərinin çəkiləcəyi Tərəflə razılaşdırılmaqla həyata keçirilir.
“Beləliklə, bu gün Transxəzər boru kəmərinin tikintisi birbaşa Türkmənistan və Azərbaycan Respublikası arasında dəniz dibinin delimitasiyası ilə bağlıdır”, - bəyanatda qeyd olunur.
Vurğulanır ki, Türkmənistan qaz kəmərinin tikintisinə mane olan siyasi, iqtisadi, maliyyə faktorlarının olmadığına əmindir. Əksinə, Transxəzər boru kəməri tamamilə real layihədir, iqtisadi nöqteyi-nəzərdən əsaslandırılıb və Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə qadirdir. Qaz kəməri tranzit tərəfin aşkar üstünlükləri və maraqlarına riayət etməklə Avropa istehlakçıları üçün xammal mənbələrinə uzunmüddətli və fasiləsiz çıxışı təmin edə bilər.
“Buna əsaslanaraq, Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir”, - bəyanatda qeyd olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.