Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Polşanın şirkətlər qrupu Azərbaycan ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa maraqlıdır

Baxış: 223
Polşanın şirkətlər qrupu Azərbaycan ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa maraqlıdır

Energetika naziri Pərviz Şahbazov ilə “PKN Orlen” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Daniel Obaytek arasında görüş olub. 
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə “PKN Orlen” Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, xam neftin tədarükü üzrə SOCAR ilə mövcud əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. “PKN Orlen” Şirkətlər Qrupunun Azərbaycan ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa marağı ifadə edilib. 

Söhbət zamanı Azərbaycanın Avropaya qaz tədarükünün artırılması, həmçinin “yaşıl enerji”nin yeni infrastrukturlarla nəqli üzrə Avropa İttifaqı ilə  tərəfdaşlıq əlaqələri, həmçinin  həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib.  Polşa şirkətləri ilə əməkdaşlıq üçün perspektiv istiqamətlər diqqətə çatdırılıb və Azərbaycanın enerji sahəsində əlaqələrin inkişafına dəstək verməyə hazır olduğu qeyd edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.