Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çex şirkətləri Qarabağda günəş panelləri və külək trubinləri istehsal edə bilər

Baxış: 217



Çex şirkətləri Qarabağda günəş panelləri və külək trubinləri istehsal edə bilər 


Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Çexiyanın sənaye və ticarət naziri Jozef Sikela arasında görüş olub. 
Energetika Nazirliyinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi və Azərbaycanın Çex Respublikasına xam neftin təchizatında mühüm tərəfdaş olduğu qeyd edilib.“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”ə müvafiq olaraq yaradılmış Birgə İşçi Qrupu çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, SOCAR və CEZ şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin azad edilmiş ərazilərdə KSES və günəş panelləri, külək trubinlərinin istehsalı sahələrində Çex şirkətləri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracı və “Həmrəylik Halqası” layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.