Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pərviz Şahbazov: "Gələn il “Azəri Mərkəzi-Şərqi” dəniz platformasından ilk hasilatı gözləyirik"

Baxış: 217


"Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının 2050-ci ilə qədər işlənməsi çərçivəsində gələn il “Azəri Mərkəzi-Şərqi” dəniz platformasından ilk hasilatı gözləyirik".
"Sahibkartv.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib.
"Dövlət başçısı öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla yanaşı, həm də Azərbaycanın enerji siyasətini böyük uğurla yeni mərhələyə yüksəldib. “Əsrin müqaviləsi” yeni mərhələdə “XXI əsrin müqaviləsi”nə çevrilib", - deyə o əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.