Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu çərçivəsində növbəti görüş olub.
"Sahibkartv.az" xəbər verir ki, energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun rəhbərliyi, Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG Ener), Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qaz təchizatının diversifikasiyası, bərpa olunan enerjinin inkişafı və enerji səmərəliliyi prioritetləri üzrə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin icrası 2027-ci ilədək Azərbaycandan Avropaya təbii qaz ixracının 20 milyard kubmetrədək artırılması ilə bağlı birgə səylərin gücləndirilməsini zəruriləşdirir: “Əlavə qazın tədarükü genişləndirilmiş təchizat marşrutlarını tələb edir. Bu baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsi strateji prioritetdir. Layihənin genişləndirilməsi üzrə işlərə başlamaq və irəliləyişlərə nail olmaq üçün əhəmiyyətli investisiyalara və maliyyə alətlərinə ehtiyac var. Bu xüsusda, avropalı tərəfdaşların dəstəyi vacibdir.”
Nazir, həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizi ilə yanaşı “Həmrəylik halqası” marşrutu, eləcə də Xəzər-Aİ “yaşıl enerji” dəhlizi kimi Avropaya təhlükəsiz və etibarlı mənbədən enerji resurslarını gətirən və şaxələndirən infrastrukturların inkişafı əhatəli enerji təhlükəsizliyi üçün önəmlidir.
Enerji böhranı dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qiymətləndirən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə deyib ki, böhranın idarə olunmasından orta müddətli strateji planlaşdırmaya keçərkən Aİ-nin gözlənilən qaz tələbatını da nəzərə alırıq ki, bu da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı vacib məsələlərdən biridir: “Biz dəhlizin genişlənməsini dəstəkləyirik. Bugünkü görüş növbəti konkret addımların müəyyənləşməsində bizə kömək etdi. REPowerEU planımıza uyğun olaraq, Avropa İttifaqı Cənubi Qafqaz qonşularımızı və tərəfdaşlarımızı bərpa olunan enerji istehsalının artırılması sahəsində dəstəkləyir. Məsələn, Xəzər regionunda Azərbaycanda metan emissiyalarının aşağı olması metan fəaliyyəti ilə bağlı ölkənin lider mövqeyini birgə müdafiə etmək imkanları yaradacaq.”
Enerji dialoqu Avropada qaz təchizatının mövcud vəziyyəti, anti-böhran tədbirlərində Cənub Qaz Dəhlizinin rolu, bərpa olunan enerji, enerji səmərəliliyi, həmçinin Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qaz infrastrukturu siyasətinə və “yaşıl enerji”nin inkişafının dəstəklənməsi üçün maliyyə alətlərinə dair təqdimat və müzakirələrlə davam etdirilib. Azərbaycandan qaz tədarükünə artan maraq əsasında müəyyənləşmiş tələbat həcmləri, hazırda işlənmə və kəşfiyyat mərhələsində olan yataqlardan gözlənilən hasilat və ixrac imkanları, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri addımlar, yaşıl enerjinin ötürülməsinin icra vəziyyəti və enerji səmərəliliyi tədbirləri barədə məlumat verilib. Xəzər-Aİ “yaşıl enerji” dəhlizi üçün Qarşılıqlı Maraq Layihəsi statusunun əldə edilmə perspektivləri və prosedurları, eləcə də Avropa maliyyə institutları ilə Azərbaycanda mövcud və planlaşdırılan enerji layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Müxtəlif proqramlar çərçivəsində “yaşıl enerji”, o cümlədən “yaşıl hidrogen” və ammonyak, enerji səmərəliliyi, enerji sektorunda CCUS texnologiyalarının tətbiqi və metan tullantılarının azaldılması sahələrində Aİ ilə texniki, maliyyə dəstəyi və digər yardımlar üzrə əməkdaşlıq təklifləri dəyərləndirilib. Enerji dialoqu çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.
Xatırladaq ki, 4 fevral 2022-ci il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson arasında keçirilən görüşdə Aİ ilə Azərbaycan arasında enerji dialoqunun yaradılmasına dair razılıq əldə olunub.
15:48Azərbaycan Belçika ilə dənizdə külək enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında məlumat verib.
P. Şahbazov Brusseldə Belçikanın energetika naziri Tinne Van der Straeten və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.
“Belçikanın energetika naziri Tinne Van der Straeten ilə səmərəli görüş olub. Dənizdə Külək Enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşdırdıq".
Nazir həmçinin qeyd edib ki, Azərbaycan-Aİ Enerji Dialoqunun Brüssel görüşündə strateji enerji tərəfdaşlığımız çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin inkişafına Aİ-nin dəstəyi, Enerji Keçidi və Enerji Səmərəliliyi üzrə əməkdaşlığı müzakirə edilib.
Bizim Telegram kanalımıza
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
İmran Xan 14 il həbs cəzasına məhkum edildi
12:57 / 17-01-2025
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
12:53 / 17-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
11:59 / 17-01-2025
Azərbaycan və Belçika dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlıq edəcək - YENİLƏNİB
Bölməyə aid digər xəbərlər
Tarix: 2-05-2023, 19:16 Oxunub: 120
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
3-01-2023, 14:44
Azərbaycanın energetika sektoruna 2022-ci ilin verdiyi töhfə
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
18-07-2022, 20:25
Azərbaycan lideri və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
6-02-2022, 14:22
Azərbaycanın enerji diplomatiyası Qərbin selektiv və marginal siyasətinə qarşı – ŞƏRH
6-02-2022, 14:22
Azərbaycanın enerji diplomatiyası Qərbin selektiv və marginal siyasətinə qarşı – ŞƏRH
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO