“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Çinin ən böyük limanlarından biri olan "Qinqdao" Limanı ilə qardaşlaşmış limanlar memorandumu imzalayıb.
Memorandumun əsas məqsədi Azərbaycandan keçən “Orta Dəhliz” vasitəsi ilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir.




































