Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TAP ictimai məsləhətləşmələr keçirəcək

Baxış: 217
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) operatoru olan "TAP AG" konsorsiumu dekabrın 20-dən 2023-cü ilin 31 yanvar tarixinə qədər TAP Şəbəkə Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı ictimai məsləhətləşmələr keçirəcək.
Bu barədə “Sahibkartv.az” konsorsiuma istinadən məlumat verib.
Bildirilib ki, təklif olunan dəyişikliklər, bu düzəlişlərin əsaslandırılması və həyata keçirilməsi üçün gözlənilən müddətlər Baxış Təklifində ümumiləşdirilib.
"TAP AG"nin kommersiya direktoru Mariya Savova bildirib ki, TAP təklif etdiyi nəqliyyat xidmətlərini davamlı olaraq təkmilləşdirməyə sadiqdir.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq, ötən ilin təcrübəsinə əsaslanaraq "TAP AG", boru kəməriinin Şəbəkə Məcəlləsinə bəzi düzəlişlər etmək istəyir.
Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.