"Sahibkartv.az" xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə keçirilən görüşdə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi də iştirak edib. Tədbir ali nümayəndə Borelin və kommissar Varhelyinin, habelə aidiyyəti struktur bölmələrin rəhbərlərinin çıxışı ilə başlayıb.
İclasda Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, regional təhlükəsizlik, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin perspektivləri haqqında müzakirə aparılıb. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkəmizin regional nəqliyyat-logistika qovşağı olması vurğulanıb.
Nazir Ceyhun Bayramov çıxış edərək ölkəmizin Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olduğunu və Azərbaycan Şərq Tərəfdaşlığını qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ortaq maraqlar və faydalara əsaslanan ikitərəfli Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm tamamlayıcı mexanizm kimi görməkdə davam etdiyini qeyd edib. Azərbaycan ilə Avropa İttifaqı arasında, enerji və nəqliyyat əlaqələrinin yaradılması, ticarət əməkdaşlığının inkişaf etdirilməsi imkanlarına toxunub.
Nazir, Aİ-nın Azərbaycan üçün ən böyük ticarət və investisiya tərəfdaşı olduğunu və 18 iyul 2022-ci il tarixində Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən, “yaşıl enerji”nin Avropaya potensial ixracı baxımından əhəmiyyətli olacağını vurğulayıb. Həmçinin, Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqların uğurla davam etdiyi bildirilib.
Nazir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inkişaf etməkdə olan nəqliyyat qovşağının, o cümlədən Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün müsbət rol oynayacağını və regiondaxili ticarətə təkan verəcəyini vurğulayıb.
Görüş zamanı nazir Ceyhun Bayramov Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş məlumat verib. Nazir, Azərbaycan tərəfindən sülhün təmin olunması sahəsində səylərə baxmayaraq, Ermənistanın hələ də Üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədiyini diqqətə çatdırıb.
Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib. Ermənistanın Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirməkdə davam etdiyi vurğulanıb.
Bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olubmuş 2728 piyada əleyhinə mina aşkar edildiyi, indiyə qədər 268 nəfərin mina qurbanı olduğu bildirilib. Minaların Azərbaycan ərazisinə gətirilməsinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsi olduğu diqqətə çatdırılıb. Problemin miqyasını və ciddiliyini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq həmrəylik və dəstəyin mühüm əhəmiyyət daşıdığı nazir tərəfindən qeyd olunub.
Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində də təşəbbüs göstərdiyini bildirən nazir Azərbaycanın Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif etdiyini vurğulayıb.
Daha sonra, digər Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri çıxış edərək tərəfdaşlığın perspektivləri barədə danışıblar.
16:40Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə çıxış edib.
"Report" xəbər verir ki, C.Bayramovun səsləndirdiyi bəyanatda deyilir:
"Ali nümayəndə Cozef Borel,
Komissar Oliver Varhelyi,
Hörmətli həmkarlar,
İlk növbədə, bugünkü nazirlər səviyyəsində görüşün təşkilinə görə öz minnətdarlığımı bildirirəm. Bu görüş Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək fəaliyyəti ilə bağlı açıq və səmimi fikir mübadiləsi üçün faydalı fürsətdir.
Şərq Tərəfdaşlığı iştirak edən bütün tərəflərin ortaq mənsubiyyəti və məsuliyyətinə əsaslanır. Bu fakt, sözügedən təşəbbüsün gələcək inkişafı ilə bağlı işimizi bundan sonra da istiqamətləndirməlidir.
Azərbaycan Şərq Tərəfdaşlığını Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ümumi maraq və faydalara əsaslanan mühüm yardımçı mexanizm kimi görməkdə davam edir.
Aİ bizim ən böyük ticarət və investisiya tərəfdaşımızdır. Aİ ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında imzalanmış Anlaşma Memorandumu təbii qazın sabit və əlverişli şəraitdə nəqli, həm də Avropaya potensial “yaşıl enerji” ixracı baxımından əhəmiyyət kəsb edir. Biz, həmçinin Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı üzrə üzrə tərəfdaşlarımızla çalışırıq və yaxın günlərdə nəzərə çarpacaq addım gözləyirik.
Azərbaycan və Aİ, həmçinin Aİ-nin Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi üzərində işləyir və bu, layihə yönümlü əməkdaşlığın yaxşı nümunəsidir. Yüksək səviyyəli birgə işçi qrupunun ilk iclası ötən həftə Bakıda keçirilib.
Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqlar davam edir və bu gün nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçiriləcək.
Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70% artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək.
Əziz həmkarlar,
Azərbaycan post-münaqişə dövründə bərpa, yenidənqurma və reinteqrasiya üzrə genişmiqyaslı işlərə başlayıb. 2023-cü ildə bu məqsədlər üçün dövlət büdcəsindən 1,8 milyard dollar vəsait ayrılması tutulub.
Bu il yeddi yüz minə yaxın məcburi köçkünün qayıdışını özündə ehtiva edən “Böyük qayıdış” proqramının praktiki başlanğıcı olaraq yeni tikilmiş Ağalı kəndinə ilk sakinlər qayıdıb.
Azərbaycan, həmçinin post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir. Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqun və təmasların genişləndirilməsi dinc birgə yaşayışın təmin edilməsinə istiqamətlənib, prosesin təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var.
Azərbaycan ərazilərinin mina və digər partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsi post-münaqişə dövründə aparılan işlər üçün əsas təhdiddir. Azərbaycan mina təmizləmə sahəsində Aİ-nin humanitar yardımını yüksək qiymətləndirir. Bununla belə, problemin miqyasını və ciddiliyini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq həmrəylik və dəstək mühüm əhəmiyyət daşıyır.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından bəri 268 azərbaycanlı mina partlayışlarının qurbanı olub, onlardan 45 nəfər vəfat edib, 223 nəfər yaralanıb. Mina qurbanlarından 9-u uşaq və gənc, 1-i qadın, 3-ü KİV nümayəndəsidir.
Gündəlik əsasda artan insan itkisinə məhəl qoymayan Ermənistan minalanmış ərazilər haqqında tam və dəqiq məlumat paylaşmaqdan imtina edir. Habelə, Ermənistan Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirir.
Bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olubmuş 2728 piyada əleyhinə mina aşkar edilib. Bu yaxınlarda yerləşdirilmiş Ermənistan istehsalı olan minalar yerləşdirilmiş sahə artıq Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri tərəfindən yoxlanılıb.
Sülh quruculuğuna hədə törədən və müharibə cinayəti hesab olunan minaların davamlı şəkildə yerləşdirilməsi 30 illik münaqişədən sonra barışıq istiqamətində aparılan səylərə xələl gətirir.
Minaların Azərbaycan ərazisinə gətirilməsi yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsidir.
Hörmətli həmkarlar,
Müharibənin və işğalın dağıdıcı nəticələrinə və yaralarına baxmayaraq, Azərbaycan Ermənistana iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmətinə əsaslanan sülh təklif edib.
Cari il ərzində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi münaqişədən sonrakı normallaşma prosesinə təkan verdi. By xüsusda, Brüsseldə keçirilən üçtərəfli görüşlər məhsuldar oldu. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bundan sonra da bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır.
Qərəzsizlik və bitərəflik, beynəlxalq hüquqa ciddi hörmət və tərəflərin razılığı hər hansı bir vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə hər vəziyyətdə riayət olunmalıdır.
Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir.
Bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı beynəlxalq hüquqa əsaslanır. İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq.
İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir. Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir.
Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir.
Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı.
Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir.
Xanımlar və cənablar,
Yaşadığımız mürəkkəb dövr Şərq Tərəfdaşlığının öz fəaliyyətini tərəfdaş dövlətlərin ehtiyac və maraqlarına uyğunlaşdırmasını zəruri edir.
Ümid edirik ki, Aİ-nin Cənubi Qafqaza yanaşması regionda yaranan ehtiyac və prioritetlər nəzərə alınmaqla yeni situasiyaya uyğunlaşdırılacaq.
Təşəkkür edirəm.
14.19Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında çıxış edir.
Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
13.58Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.
“Report”un xəbərinə görə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sədrliyi ilə keçirilən toplantıda ittifaqın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir.
"Şərq Tərəfdaşlığı" proqramına daxil olan 6 ölkədən 5-nin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri Aİ ölkələrindən olan həmkarları ilə bir araya gəliblər.
Görüşdə həmçinin Avronest Parlament Assambleyası, Avropa Regionlar Komitəsi/CORLEAP, Avropa İqtisadi və Sosial Komitəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də iştirak edir.
İştirakçılar Aİ-nin İqtisadi və İnvestisiya Planını da müzakirə edəcəklər.
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
İmran Xan 14 il həbs cəzasına məhkum edildi
12:57 / 17-01-2025
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
12:53 / 17-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
11:59 / 17-01-2025
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
Bölməyə aid digər xəbərlər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Tarix: 12-12-2022, 14:30 Oxunub: 187
Bölməyə aid digər xəbərlər
17-11-2022, 15:49
Gənclər siyasəti sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
18-07-2022, 20:25
Azərbaycan lideri və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2022, 18:03
Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
6-02-2022, 14:32
Vüqar Bayramov: “Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur”
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
9-07-2021, 11:17
Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir: Bakının şərtləri - TƏHLİL
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
6-02-2021, 12:19
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO