Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

MM-də “Siyasi partiyalar haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb

Baxış: 311


MM-də “Siyasi partiyalar haqqında yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
"Sahibkartv.az"ın xəbərinə görə, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.
O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.
Qeyd edilib ki, yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.
Daha sonra yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.