Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır

Baxış: 271
Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç "Vecerniye novosti" qəzetinə müsahibəsində deyib.
"Bütün ilkin şərtlər yerinə yetirilərsə, Serbiya yanvar ayından Azərbaycandan elektrik enerjisi idxalına başlamalıdır. Azərbaycandan elektrik enerjisinin Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi ilə bağlı qalan məsələlərlə bağlı danışıqlar aparılır", - Cedoviç qeyd edib.
Qeyd edilir ki, 2022-ci il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Aleksandr Vuçiç arasında telefon danışığından sonra Serbiya dövlət başçısının ofisi Belqradın Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi ala biləcəyini bəyan edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.