Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Azərbaycan Sənaye Korporasiyası" iki şirkətinin nizamnamə kapitalına yenidən baxıb

Baxış: 209



“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) ona məxsus “ASK Xidmət” və “ASK Şüşə” MMC-lərin nizamnamə kapitallarına yenidən baxıb.
"Sahibkartv.az" xəbər verir ki, “ASK Xidmət”in kapitalı 30 808 manat və yaxud 90,1 % artırılaraq 34 210manatdan 65 018 manata çatdırılıb, “ASK Şüşə”nin kapitalı isə 4 122 121 manat və yaxud 11,6 % azaldılaraq 35 427 663 manatdan 31 305 542manata endirilib.
Xatırladaq ki, “ASK Xidmət” 2018-ci il tarixində yaradılıb. Şirkət ASK-nın mülkiyyətində olan əmlakları idarə edir. “ASK Şüşə” isə Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.