Oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşü olub.
"Sahibkartv.az" xəbər verir ki, Prezident İlham Əliyev Səmərqənddəki görüşdən bir ay sonra Astanada keçirilən bu görüşün ölkələrimiz arasında əlaqələrin dinamikliyini bir daha göstərdiyini bildirib.
Dövlətimizin başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.
Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirdi və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.
Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.
Şahbaz Şərif Pakistan xalqına göstərdiyi yardıma görə dövlətimizin başçısına təşəkkürünü ifadə edib və ölkəsinin baş vermiş selin nəticələrindən hələ də əziyyət çəkdiyini bildirib.
Baş nazir Şahbaz Şərif keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyini qeyd edib.
Dövlətimizin başçısı Pakistanın mövqeyinə görə təşəkkürünü bildirib, Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.
Baş nazir Şahbaz Şərif Azərbaycanın bu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər.
Görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmi vurğulanıb. Bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, ölkələrimiz arasında hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunuldu və bu istiqamətdə müzakirələr aparılıb.
17:21Oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşü olub.
"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
11:54 / 26-04-2025
Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
11:49 / 26-04-2025
Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
11:06 / 26-04-2025
İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
10:55 / 26-04-2025
Ərdoğan Azərbaycana səfər edəcək
10:50 / 26-04-2025
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
10:42 / 26-04-2025
“HRVision AI” – İşə qəbulda obyektivlik və effektivlik yaradan sistem
20:22 / 25-04-2025
Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
20:10 / 25-04-2025
“VoiceSales” texnologiyası: Sadəcə danışaraq məhsul satmaq dövrü başladı
17:47 / 25-04-2025
“QrafikGen AI” – Marketinq Vizualarını Avtomatik Hazırlayan Sistem
16:44 / 25-04-2025
Tramp ermənilərin gözləntilərini puç etdi
16:00 / 25-04-2025
Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
15:30 / 25-04-2025
“TrainAI Pro” – Əməkdaşlar üçün Fərdi Təlim Proqramları Hazırlayır
15:16 / 25-04-2025
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
15:06 / 25-04-2025
Sabah 32 dərəcə isti olacaq
14:22 / 25-04-2025
Azərbaycan Prezidenti Astanada Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Bölməyə aid digər xəbərlər

Tarix: 12-10-2022, 19:04 Oxunub: 197
Bölməyə aid digər xəbərlər
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
10-08-2022, 09:16
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak ediblər
2-07-2022, 08:58
Prezident İlham Əliyev Aşqabadda Vladimir Putin ilə görüşüb
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
27-11-2021, 12:25
Politoloq: “Soçi görüşü Azərbaycanın gücünü, Ermənistanın isə reallıqla barışmalı olduğunu təsdiqlədi”
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
10-05-2021, 21:05
Ordubadın mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO