Day, Month 00, Year
00: 00: 00 AM
"Azərbaycan Sənaye Bankı"nın Müşahidə Şurasının sədri dəyişib



"Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) Müşahidə Şurasına yeni sədr təyin edilib.
"Sahibkartv.az" xəbər verir ki, bu, Əhməd Gözəldir.
O, Bankın rəhbərliyində Zeynəb Konyarı əvəz edib.
Adları çəkilən hər iki şəxs ASB-nin daxil olduğu "Azərsun Holdinq" MMC-nin prezidenti Abdulbari Gözəlin övladlarıdır.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.


Tarix: 3-10-2022, 08:00 Oxunub: 121


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı