Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sofiyada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Baxış: 305



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.
"Sahibkartv.az" xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səslənib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb.
Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Rumen Radevə təqdim olunub.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.