Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov Qoşulmama Hərəkatının nazirlər görüşündə Ermənistanın son təxribatlarından danışıb

Baxış: 219



ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Sahibkartv.az"a verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin 50-yə yaxın xarici işlər nazirləri, habelə nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər.
Post-pandemiya dövründə qlobal vəziyyət və Qoşulmama Hərəkatının vəzifələri mövzusuna həsr edilmiş sözügedən iclasda bəyanatla çıxış edən nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər, təşəbbüslər və gələcək planlar barədə məlumat verib.
Dünyanın böyük transformasiyalar dönəmindən keçdiyi, pandemiya, silahlı münaqişələr, iqlim dəyişikliyi və bir çox çağırışlar kontekstində qlobal təhlükəsizlik və inkişaf arxitekturasında indiyə qədər görünməmiş çətinliklər yaşandığı vurğulanıb.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə pandemiya üzrə Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə Görüşünün, Madriddə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, eləcə də Gənclər Təşkilatının təsis edilməsinin tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Şuşa Akkordu ilə Hərəkatın Gənclər Təşkilatının loqo və bayrağının təsdiq edildiyi qeyd olunub.
Nazir 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri və sülh quruculuğu təşəbbüsləri barədə iştirakçıları məlumatlandırıb. Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistana sülh sazişi imzalanması təklifi irəli sürüldüyü qeyd edilib. Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən 12 sentyabr tarixində Azərbaycana qarşı törədilən növbəti təxribatların bölgədə sülh və quruculuq səylərinə mane olduğu bildirilib. Bununla yanaşı, mina təhdidinin ciddi çətinliklər yaratdığı qeyd edilərək, Ermənistanın ərazilərdə mina yerləşdirməkdə davam etməsi barədə faktlar təqdim olunub. Azərbaycanın sabitliyin pozulmasında maraqlı olmadığı və sülhün təmin edilməsi üçün səyləri davam etdirəcəyi vurğulanıb.
Daha sonra, hazırkı çağırışlara effektiv və birgə cavablar ətrafında müzakirələr aparılıb, Nazirlər çıxış edərək ölkələrin mövqelərini diqqətə çatdırıb və iclasın Siyasi Bəyannaməsi qəbul edilib.


[/hide]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.