Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda siyasi partiyalar üçün fəaliyyət istiqamətləri müəyyənləşib

Baxış: 236
Azərbaycanda siyasi partiyalar üçün fəaliyyət istiqamətləri müəyyənləşib.
"Sahibkartv.az" xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Siyasi partiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- ölkənin siyasi həyatında iştirak edir;
- vətəndaşların siyasi iradəsinin, həmçinin ictimai rəyin formalaşmasına təsir göstərir;
- vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparır;
- ümummilli dəyərləri və vətənpərvərliyi təbliğ edir;
- üzvlərinin siyasi fəallığına dəstək verir;
- üzvlərinin siyasi iradəsini ifadə edir;
- seçkilərin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirak edir;
- müxtəlif məsələlər ilə bağlı rəy və təkliflərini təqdim etməklə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.