Bunu “Sahibkartv.az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, təşkilat müharibəyə qədər olan illiklər ərzində Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı idi:
“Lakin bu illər ərzində Minsk Qrupu öhdəliyində olan işlə məşğul deyildi. İndi təsəvvür edin problem həll olunub, 44 günlük müharibə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda Minsk Qrupu yuxudan oyanıb ki, mən də varam. Həqiqətən çox təəccüblüdür. Yəni, lazım olan vaxtda bu təşkilat heç bir iş görmədi, daha doğrusu görmək istəmədi. Biz anlamağa çalışırıq ki, bunlar indi nəyə töhfə vermək istəyir?! Minsk Qrupuna üzv dövlətlərin bəziləri öz maraqlarından çıxış edərək Azərbaycanın maraqlarını kənara atırlar. Biz isə ilk növbədə öz maraqlarımız haqqında fikirləşməliyik. Hansı ki, artıq həmin maraqları öz gücümüz hesabına təmin etmişik. Biz Qafqazda dayanıqlı sülhün olmasının tərəfdarıyıq və Azərbaycan öz əməli ilə bunu dəfələrlə sübut edib. Məsələn, ABŞ və Fransa yenidən Minsk Qrupu haqqında danışırlar. Lakin bilməlidirlər ki, bu təşkilat illər ərzində heç bir iş görmədən artıq tarixin arxivinə qarışıb”.
Deputatın sözlərinə görə, Qrupun həmsədr ölkələrindən olan Rusiya etiraf edib ki, artıq Minsk Qrupu yoxdur:
“Amma Fransa və ABŞ bunun əksini düşünür. Əgər bu gün Minsk Qrupunun həmsədr dövlətləri arasında düşmənçilik münasibətləri mövcuddursa, onlar Azərbaycanın problemlərini necə həll edəcəklər?! Hansı ki, heç öz aralarındakı problemi həll edə bilmirlər. Ona görə bu cür təşəbbüslərin heç bir perspektivi yoxdur”.
Brüssel görüşündən danışan komitə sədri əlavə edib ki, burada artıq dördüncü dəfə görüş keçirilib:
“Azərbaycan tərəfi həmişə sözünün və əməlinin sahibi olub. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, biz sülhə hazırıq. Bu istəyimizlə əlaqədar beş prinsip irəli sürmüşük və həmin o beş şərti də Ermənistan qəbul edib. Amma təəssüflər olsun ki, həmişə Brüssel görüşlərindən sonra Ermənistan prosesi uzatmağa çalışır. Lakin tərəflər bu dəfə bir ay müddətində işçi qrupları yaradılması və həmin işçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması üzərində fəaliyyətə başlası barədə razılığa gəliblər. Ermənistan baş naziri Paşinyan da hökumətin iclasını keçirib və qeyd edib ki, o Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyir. Bəs bu bəyanatlar verilirsə, məsələni uzatmağa çalışmaq nə üçündür?!”
Z.Əsgərov vurğulayıb ki, bu sülh müqaviləsi əvvəl-axır imzalanacaq və bu hər şeydən əvvəl Ermənistanın özü üçün lazımdır:
“Çünki sülh müqaviləsi imzalanmasa, Ermənistan yenə dalan və təcrid edilmiş ölkə kimi qalacaq. Belə olan halda Ermənistanın gələcəklə bağlı heç bir perspektivi yoxdur”.
DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
22:14 / 18-01-2025
Yanvarın 20-si hava necə olacaq?
18:11 / 18-01-2025
Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq
17:39 / 18-01-2025
Tanınmış blogerin əmlakına həbs qoyuldu
17:15 / 18-01-2025
Avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB
16:51 / 18-01-2025
Professordan meymunçiçəyi ilə xəbərdarlıq: "45 yaşdan aşağı şəxslər..."
16:45 / 18-01-2025
Rusiya üçün keçən fəlakətli gecə
16:30 / 18-01-2025
Tehranda terror: İki tanınmış hakim öldürülüb
16:14 / 18-01-2025
Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq
16:00 / 18-01-2025
Paşinyan qorxu içindədir: zəhərləndiriləcəyi gündəmdədir - DETALLAR
15:29 / 18-01-2025
Hökümənin ailəsindən oğurlanan pullar qaytarıldı - Onlar tapıldı
15:27 / 18-01-2025
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
"Sülh müqaviləsi imzalanmasa, Ermənistan yenə dalan və təcrid edilmiş ölkə kimi qalacaq" - RƏY
Bölməyə aid digər xəbərlər
“Minsk Qrupuna fəaliyyətini başa çatdırıb demək düzgün olmaz, çünki bu təşkilat yaranandan ölü doğulub".
Tarix: 5-09-2022, 16:36 Oxunub: 97
Bölməyə aid digər xəbərlər
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
30-08-2021, 11:56
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB + FOTO
24-08-2021, 14:22
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - YENİLƏNİB + FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO