Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev Ərdoğana: "Türkiyə Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilib"

Baxış: 221
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
"Möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş Türkiyə Sizin rəhbərliyiniz ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilmişdir".
"Sahibkartv.az" xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.
"Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ölkənizin bütün sahələrdə əldə etdiyi uğurları bizi olduqca fərəhləndirir", - məktubda qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.