Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa Məhkəməsi Ermənistanın Laçın şəhəri ilə bağlı şikayətini təmin etməyib

Baxış: 189
"Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan dövlətinin Laçın şəhəri ilə bağlı şikayətini təmin etməyib".
Bunu "Sahibkartv.az"ın Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamsında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.
"Şikayətdə qeyd edilib ki, Azərbaycan Laçın şəhərində yaşayan erməniləri oradan qovmasın və belə bir ultimatumla çıxış etməyək. Əlbəttə, aydındır ki, qanunsuz məskunlaşmış insanlar orada qalmayacaqlar. Əgər sən Laçında qanuni yaşayırsansa, onda nədən qorxursan? Demək orada qanunsuz yaşayırsan ki, qaçırsan da. Bu da aydın məsələdir. Avropa Məhkəməsi onların şikayətini rədd edib", - Ali Məhkəmənin sədr müavini vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.