Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bolqarıstanın naziri: “Azərbaycanla təbii qazın həcminin artımı barədə danışıqlara başlanılacaq”

Baxış: 222
“Gələn həftə Azərbaycandan təbii qazın həcminin artırılması ilə bağlı danışıqlara başlanılacaq”.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Rozen Xristov bildirib.
Nazir oktyabr və ondan sonrakı dövr üçün çatışmayan qaz həcminin təminat variantlarını belə izah edib.
“Türkiyədə rəqabətədavamlı qiymətə təbii qazın boşaldılma yeri ilə bağlı danışıqlar apara bildik ki, bu da bizə “Cheniere Energy” şirkətinin oktyabr ayı üçün mayeləşdirilmiş təbii qaz (LNG) tankerini çatdırmaq təklifini qəbul etməyə imkan verdi”, - nazir deyib.
Xristov vurğulayıb ki, bu tanker ölkənin aylıq istehlakının təxminən üçdə birini əhatə edir. Təxminən 33 % də Azərbaycandan tədarük ediləcək. Sonuncu variant üçün seçimlər hələ tapılmayıb:
“Bundan sonra bizim səylərimiz qarşıdan gələn qışda istehlakın ödənilməsi üçün ortamüddətli müqavilələrin bağlanmasına yönəldiləcək. Boru kəməri qazına daha etibarlı təchizatı təmin etdiyi üçün üstünlük verilir”.
Xristovun sözlərinə görə, hazırda bazarda qaz var, lakin onun qiymətində artım tendensiyası mövcuddur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.