Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov: "Türkiyənin beynəlxalq ədalətin təminatında gördüyü işlər dünyaya nümunədir"

Baxış: 230
Ceyhun Bayramov
"Bu gün qardaş Türkiyənin beynəlxalq ədalətin təmin edilməsində gördüyü işlər bütün dünyaya nümunədir".
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
Son illər beynəlxalq normaların tətbiqində ciddi nöqsanların olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq hüquq təcrübəsi mövcud beynəlxalq sistemə inamı sarsıdıb.
“500 illik irsə malik Türkiyə diplomatiyası və sizin (Türk diplomatların-red) əldə etdiyiniz uğurlar ölkənizin beynəlxalq aktorluğunu günü-gündən artırıb. Dünyanın 5-ci ən böyük diplomatik şəbəkəsi Türkiyəni bu gün daha da güclü edib.
Türkiyə diplomatiyada innovasiyaların inkişafında lider ölkəyə çevrilib. Biz Türkiyənin diplomatiyada mərkəzi və lider ölkəyə çevrilməsini alqışlayır və sizin uğurunuzu uğurumuz hesab edirik", - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.