"Sahibkartv.az" xəbər verir ki, Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən Prezident Vladimir Putin dövlətimizin başçısının Rusiyaya səfərini xatırlatdı, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirdi. Əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya dövlətinin başçısı razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğuladı. Prezident Vladimir Putin qeyd etdi ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur.
Siyasi əlaqələrimizə toxunan Prezident Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatdı, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd etdi. Rusiya dövlətinin başçısı bildirdi ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var.
Prezident Vladimir Putin qeyd etdi ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.
Nahar vaxtı qeyri-rəsmi təmas zamanı Prezident İlham Əliyevin ifadə etdiyi fikirləri xatırladan Rusiya dövlətinin başçısı Sammitin işgüzar keçdiyini, regional əməkdaşlığın inkişafına dair maraqlı təkliflərin irəli sürüldüyünü dedi. Dövlətimizin başçısı ilə görüşün faydalı olduğunu bildirən Prezident Vladimir Putin aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin inkişafına əlavə təkan verəcəyini qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşdən məmnunluğunu ifadə etdi və bildirdi ki, Prezident Vladimir Putin ilə keçirilən görüşlər həmişə əlaqələrimiz üçün çox önəmli olub. Dövlətimizin başçısı bu görüşün də ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.
Azərbaycan Prezidenti ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını dedi.
Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd etdi və ikitərəfli münasibətlərimizin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb.
29.06.2022. 23:52İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.
“Report” xəbər verir ki, Azərbaycan Prezidenti Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib.
Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olunub
21:42 / 18-09-2024
Son xəbərlər ABŞ: Livandakı hücumlarla heç bir əlaqəmiz yoxdur
18:28 / 18-09-2024
Son xəbər: Fələstinin ilk qanun layihəsi qəbul edildi
17:59 / 18-09-2024
Audi Brüssel fabriki üçün investorlar axtarır
17:07 / 18-09-2024
ABŞ dövlət katibi Blinken: "ABŞ Livandakı hadisələrdən xəbərsiz idi"
16:37 / 18-09-2024
Elon Musk: "Ateizm boşluq yaratdı"
15:46 / 18-09-2024
Son xəbər: Prezident Ərdoğan Livanın baş naziri ilə görüşüb
14:40 / 18-09-2024
Ada kimi görünən tarixi Pertek qalasının cazibəsi qayıq turları ilə artır
14:00 / 18-09-2024
Ağ Ev: Biz İranı sözləri ilə deyil, əməlləri ilə mühakimə edəcəyik
13:21 / 18-09-2024
Trendyol Türkiyənin Lovemarkı seçilib
12:08 / 18-09-2024
“Culfa” yarımstansiyası üçün yeni güc transformatorları alınıb
11:42 / 18-09-2024
Hizbullah niyə peycerlərdən istifadə edir?
10:02 / 18-09-2024
Parisdə binanın damında yanğın baş verib: 2 nəfər xəsarət alıb
09:02 / 18-09-2024
Stefan Dujarrik: BMT-nin Baş katibi COP29-un çox uğurlu olacağına inanır
23:00 / 17-09-2024
Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib
20:43 / 17-09-2024
Fransanı sarsıdan təcavüz hadisəsində Dominik Pelikot ilk dəfə danışdı!
19:33 / 17-09-2024
Kanadanın Baş naziri Castin Trudeau istefaya təzyiq artacaqmı?
18:15 / 17-09-2024
Amazon işçilərini həftənin beş günü ofisə qayıtmağa çağırır
17:05 / 17-09-2024
Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında sənəd imzalanıb
16:20 / 17-09-2024
Prezident İlham Əliyev Aşqabadda Vladimir Putin ilə görüşüb
Bölməyə aid digər xəbərlər
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Tarix: 2-07-2022, 08:58 Oxunub: 141
Bölməyə aid digər xəbərlər
29-06-2022, 19:19
Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub - YENİLƏNİB
29-06-2022, 18:03
Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib
24-06-2022, 11:05
"Konkret təkliflər var, dostum Ceyhun ilə müzakirə etmişik"
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
19-04-2022, 15:35
Əliyev: Azərbaycan və Misir qarşılıqlı ticarətin həcmini artırmalıdır
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
22-02-2022, 23:35
İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - YENİLƏNİB + FOTO/VİDEO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
27-11-2021, 12:25
Politoloq: “Soçi görüşü Azərbaycanın gücünü, Ermənistanın isə reallıqla barışmalı olduğunu təsdiqlədi”
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
10-05-2021, 21:05
Ordubadın mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO