Bunu “Sahibkartv.az”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, əgər Azərbaycan Prezidenti başlatdığı sülh prosesində Ermənistanın da fikrini nəzərə alırsa, bu İlham Əliyevin dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsi naminə İrəvana verilən şansdır: "Ermənistan ona verilən şansa həlledici qərar sahibi tərzində yanaşmamalıdır. Ermənistan hakimiyyəti nəinki bölgədə, heç Ermənistanın özündə söz sahibi deyil. Ona görə də elə erməni xalqının naminə Ermənistan addım və ritorikasında diqqətli və ehtiyatlı olmalıdır. İrəvan anlamalıdır ki, Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq Ermənistanlı-Ermənistansız birtərəfli qaydada sərhədlərin delimitasiya və demarkasiya prosesini özü tək həyata keçirə bilər və müəyyən etdiyimiz ədalətli sərhəd xəttindən nə ermənilər, nə də onların havadarları bizi geri çəkilməyə vadar edə bilməz. Amma təəssüf ki, nə revanşistlər, nə də hakimiyyət erməni xalqına bu reallığa tam anlamağa imkan vermir".
Deputat bildirib ki, Ermənistan hakimiyyəti hər vəhclə Bakı ilə İrəvan arasında yaradılan komissiyaların işinə və sülh prosesinə mane olmaq istəyir və bu istiqamətdə bütün yollara əl atır: "İndi də Ermənistan iddia edir ki, dünən Azərbaycan tərəfi bir erməni əsgərini öldürüb. Baxın, Azərbaycan əsgərinin vəzifəsidir ki, sərhədimizi pozaraq bizi hədəfə alan istənilən maneəni aradan qaldırsın. Buna görə də biz düşməni zərərsizləşdiririksə, bunu açıq şəkildə edirik və gizlətməyə də lüzum görmürük. Biz atdığımız hər addımın arxasındayıq. Amma əgər Azərbaycan Dövlət Sərhəd Xidməti bəyan edirsə ki, dünən erməni əsgərinin məhv edilməsi ilə əlaqəmiz yoxdur, deməli birmənalı elədir. Bəli, biz sərhəddimizə göz tikən istənilən erməni əsgərini məhv edəcəyik, lakin fərari toplusu, hərəsi bir dairəyə bağlı olan erməni ordu qalıqlarında yaşanan hərc-mərclik, özbaşınalıq və dedovşina nəticəsində qeyri-döyüş şəraitində öləcək ermənilərə görə biz məsuliyyət daşımırıq, daşımayacağıq da. Paşinyan hakimiyyəti qeyri-döyüş şəraitində ölən əsgərlərinə görə özü məsuliyyət daşımalı, xalqına da özü cavab verməlidir. Məsuliyyəti Azərbaycanın üzərinə atmaqla iş bitmir, əksinə bu addım vəziyyəti daha da mürəkkəbləşdirir".
B.Məhərrəmov xatırladıb ki, İrəvan həmçinin qoşunların sərhədlərdən qarşılıqlı şəkildə geri çəkilməsi və müşahidə missiyası yerləşdirilməsi tələbi ilə çıxış etməyə başlayıb: "Məğlub İrəvan başa düşsün ki, Azərbaycan bugünkü sərhəd bütövlüyünü 44 günlük savaşda 3 min şəhidinin qanı bahasına təmin edib. Qanla işğaldan təmizlədiyimiz torpaqlarda necə davranacağımızla bağlı fərari ermənilər danışa biləcək sonuncu varlıqlardır. Azərbaycan torpaqlarında ordunun dislokasiyası ilə bağlı yalnız Azərbaycan özü qərar verə bilər. İrəvan indi güya humanitar niyyət göstərmək istəyirsə əvvəlcə basdırdığı minaların dəqiq xəritəsini təqdim etsin, itkin 4 min vətəndaşımızın taleyi barədə məlumat versin, qonşularına qarşı ərazi iddialarından çəkinsin. İddialara qalarsa cənab Prezident Zəngilanda çox gözəl vurğuladı ki, bizim tələb edəcək daha çox şeyimiz var, Qərbi Zəngəzur, Göyçə, İrəvan, bunların hamısının Azərbaycandan qoparılaraq İrəvana verilməsi faktdır və tarixi sənədlərdə əksini tapıb. Biz iddia irəli sürsək, bu İrəvan üçün baha başa gələr. Ona görə də addımlarını ehtiyatla atsınlar və başa düşsünlər ki, Ermənistan hakimiyyətinin son davranışları ermənilərə yaxşı heç nə vəd etmir. Ermənilər anlasınlar ki, biz yeni bir müharibə arzu etmirik, lakin, bu baş verərsə İrəvan üçün son olacaq".
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
"Ermənistan hakimiyyəti hər vəchlə komissiyaların işinə və sülh prosesinə mane olmaq istəyir" - RƏY
Bölməyə aid digər xəbərlər
"Prezident İlham Əliyevin Zəngilandan verdiyi tarixi bəyanatın ardınca İrəvanda müşahidə olunan isterika göstərir ki, dövlət başçımız çıxışı ilə hədəfi dəqiq vurub. Ermənistanda bu reallığı başa düşməlidirlər ki, biz bərabər hüquq və imkanlara malik tərəflər deyilik. Biz qalibik, Ermənistan məğlub. Biz diqtə edirik, Ermənistan icra edir. Biz həm hüquqi, həm də hərbi-siyasi baxımdan güclüyük, Ermənistan isə hüquqi cəhətdən haqsız və hərbi-siyasi imkanlarına görə tam gücsüz".
Tarix: 30-05-2022, 14:22 Oxunub: 230
Bölməyə aid digər xəbərlər
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
30-04-2022, 19:19
"Prezident xəritələrlə bağlı baza mövcud olmadığını deməklə bu məqsədli informasiyalara son qoydu” - RƏY
2-04-2022, 21:01
“Ermənistan davamlı sülh prosesinə mane olmağa çalışır, lakin bu, faydasız olacaq” - RƏY
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
18-01-2022, 13:47
Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar
27-11-2021, 17:45
Soçi görüşünün nəticələri: İlham Əliyevin növbəti siyasi uğuru – RƏY
27-09-2021, 10:00
Ombudsman Anım Günü ilə bağlı bəyanat yayıb
5-09-2021, 17:11
Ərdoğanın təklifi Ermənistan üçün yeganə xilas yoludur - ŞƏRH
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
17-07-2020, 23:21
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi