Diasporla İş üzrə Dövlət Komitəsindən “Sahibkartv.az”a verilən məlumata görə, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı və Azərbaycan icmasının iştirakı ilə baş tutan tədbirə İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati, Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri Ettore Rosato, bərabər imkanlar və ailə məsələləri üzrə nazir Elena Bonetti, senator və deputatlar, komissiya sədrləri, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının, diplomatik korpusun, işgüzar, mədəniyyət, akademik çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıblar.
İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Deputatlar Palatasının sədr müavini Ettore Rosato çıxış ediblər. Müstəqillik Gününün Azərbaycan tarixindəki əhəmiyyəti, 104 il öncə 1918-ci ilin 28 May tarixində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı, 1991-ci ilin payızında bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, Prezident İlham Əliyevin strateji xəttinin Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdiyi və ölkəmizi regionun lider dövlətinə çevirdiyi, 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlərin açıldığı qonaqların nəzərinə çatdırılıb.
Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyənin əldə edildiyi, son illərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərlərinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İtaliyaya, İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana rəsmi səfərlərinin əhəmiyyətindən bəhs edilib. Prezident İlham Əliyevin Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü gələcək əməkdaşlığın əsas sütunlarından biri kimi xarakterizə edən Ettore Rosato 2020-ci ilin dekabrında müharibədən dərhal sonra Qərb ölkələrindən ilk olaraq İtaliya parlament heyətinin ölkəmizin azad edilmiş ərazilərinə etdiyi səfərin təəssüratlarını bölüşüb. “Azərbaycan bölgədə sülhün təmin olunmasında liderliyə malikdir və İtaliyanın strateji müttəfiqidir”, - Deputatlar Palatasının sədr müavini bildirib.
Tədbir ailə həyatı qurmuş azərbaycanlı bəstəkar-pianoçu Kəmalə Əlizadə və italyan bəstəkar-gitaraçı Stefano Muskaritolonun ifasında “Dostluq notları” adlı konsert proqramı ilə davam edib. Azərbaycan və İtaliyanın tanınmış bəstəkarlarının, eləcə də musiqiçilərin özlərinin bəstələdiyi əsərlərin, “Sarı gəlin”, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq”, “Cənnətim Qarabağ” kimi mahnıların ifa edilməsi auditoriyanın alqışları ilə qarşılanıb.
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Romada Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib
Bölməyə aid digər xəbərlər
Roma şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycanla İtaliya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
Tarix: 29-05-2022, 12:10 Oxunub: 213
Bölməyə aid digər xəbərlər
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
8-04-2022, 22:10
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib - YENİLƏNİB
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
20-12-2021, 10:31
Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
24-11-2021, 15:38
Ceyhun Bayramov iki səfiri qəbul etdi – FOTO
2-11-2021, 18:46
Sahibə Qafarova: “Ermənistan təxribatlarını davam etdirir”
27-10-2021, 09:32
Azərbaycanın mülki müdafiə planı ilə bağlı SƏRƏNCAM
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
26-04-2021, 15:07
Azərbaycanın İtaliyadakı səfiri erməni yalanlarını ifşa edib
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
16-12-2020, 16:22
Ədalət Vəliyev siyasi partiya sədrləri ilə görüş keçirib
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
28-11-2020, 10:10
Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO