Bunu "Sahibkartv.az"ın yerli bürosuna açıqlamasında Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, imzalanmış tədbirlər planı 18 istiqamətdən ibarətdir:

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Birgə Daimi Komissiyanın 10-cu iclası keçirilib. İclasdan sonra Azərbaycan və Türkiyə Hökumətləri adından nazirlər Sahil Babayev və Vedat Bilgin Azərbaycan və Türkiyə Hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqinə dair 6 may 2004-cü il tarixli Prosedur Müqaviləyə dəyişikliklər edilməsinə dair Əlavə Prosedur Müqaviləni imzalayıblar. Həmçinin Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclasının yekunlarına dair Protokol imzalanıb.Sənəddə iclasda aparılmış müzakirələrin nəticələrinə əsasən, iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində müəyyən olunmuş gələcək əməkdaşlıq istiqamətləri, fəal təcrübə mübadilələrinin aparılacağı əksini tapır.