Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bərdə sakini şikayət etdi, Nazirlik hərəkətə keçdi - FOTO

Baxış: 389
Sosial şəbəkə səhifələrindən birində yayılan görüntülərdə Bərdə rayon sakini Xəlilova Kəklik Adil qızının övladına - Xəlilova Aynur Zakir qızına əlillik təyin olunmasından imtina edilməsinə görə narazılıq bildirməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları vətəndaşın ünvanında olub, məsələni yerində araşdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ƏƏSMN İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov verib.
O bildirib ki, hazırda K.Xəlilovanın böyük qızı A.Xəlilova I qrup əlilliyi olan şəxsdir və buna görə ailəyə aylıq 300 manat (əlilliyə görə 150 manat müavinət və Prezidentin aylıq təqaüdü kimi 100 manat təqaüd, habelə həmin şəxsə qulluğa görə 50 manat təqaüd) ödənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.