Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana quş yemlərinin idxalının ƏDV-dən azad edilməsi təklif edilir

Quş yemlərinin idxalının ƏDV-dən azad olunması ölkədə istehsal olunan məhsulların qiymətində ucuzlaşmaya, ən pis halda bahalaşmanın qarşısının alınmasına səbəb olacaq.
SAHIBKARTV xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilən görüşdə bildirilib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə və qlobal bazardakı dəyişikliklər quşçuluq təsərrüfatları üçün zəruri olan yem və yem əlavələrinin idxalında problemlərə səbəb olub: “Biz istəyərdik ki, bu yem və yem əlavələrinin idxalı hökumət səviyyəsində həll edilsin.
Assosiasiya rəhbərinin sözlərinə görə, daha bir problem xaricdən quş əti və yumurta idxalıdır: “Keçən il Azərbaycana 31 min ton quş əti idxal olunub. Bu həcmin idxalı zamanı dövlət büdcəsinə ən yaxşı halda 11-12 milyon manat rüsum ödənilib. Amma bu qədər quş ətinin ölkədə istehsalı zamanı 22 min nəfər işlə təmin olunur, sosial ayırma, vergi və rüsum şəklində büdcəyə 18 milyon manat ödənilir. Hələ bu istehsal zamanı sərf olunan qaz, enerji, su, yemə görə ödənişlərdən büdcəyə çatan məbləğləri demirəm. Bunları nəzərə alaraq, biz ölkəyə quş əti və yumurta idxalının kvotalaşdırılmasını xahiş edirik. Əksər ölkələrdə, o cümlədən Gürcüstan və Türkiyədə yerli istehsalçıları qorumaq üçün məhz bu üsuldan istifadə olunur”.


Tarix: 12-04-2022, 15:14 Oxunub: 146


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı