Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məhsullarını Rusiyaya satmağı planlaşdıran sahibkarlar çətin vəziyyətdədir - VİDEO

Baxış: 358
Məhsullarını Rusiya bazarlarına satmağı planlaşdıran çoxsaylı istixana sahibləri hazırda çətin vəziyyətə düşüb.
Bildirilib ki, kifayət qədər məhsul var, külli miqdarda xərc və zəhmət çəkilib, lakin məhsullarına alıcı tapılmır. Salyan rayonunun Qarabağlar kəndində onlarla istixana hazırda daxili bazara məhsul çıxarır ki, bu da qoyulan vəsaitin qarşılanmasına belə bəs etmir.
Rusiya bazarlarına ixrac üçün daha keyfiyyətli və bahalı sortlardan istifadə edən sahibkarlar satış bazarı olmadığından müflis olacaqlarını bildirirlər. Bu həm də istixanalarda daimi və mövsümi çalışan kifayət qədər işçi qüvvəsinin işsiz qalmasına gətirib çıxaracaq. Kənd təsərrüfatı malları keyfiyyətini və istifadə müddətini tez itirdiyindən indi sahibkarlar özləri alıcı axtarışındadır.
Daha ətraflı sujetdə:


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.