Day, Month 00, Year
00: 00: 00 AM
Türk Ticarət və Sənaye Palatası 1-ci Qadın Sahibkarlar Komitəsi yaradılıb

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafını dəstəkləmək məqsədi ilə 2019-cu ildə İstanbulda Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) və Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində Türk Ticarət və Sənaye Palatası yaradılıb. 
Sahibkartv.az xəbər verir ki, 2021-ci il noyabr ayında Türk Ticarət və Sənaye Palatası (TSO) 1-ci Qadın Sahibkarlar Komitəsi yaradılıb və Komitənin sədrliyinə Azərbaycan nümayəndəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Səkinə Babayeva seçilib.
Komitədə türkdilli dövlətlərin hər birindən 10 nümayəndə iştirak edib. 
Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasını üzvü vəkil, Türk Ticarət və Sənaye Palatası (TSO) 1-ci Qadın Sahibkarlar Komitəsinin hüquq və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Aygün Əliyeva deyib:
“Mən də həmin komitənin hüquq və ictimaiyyətlə əlaqələr komissiyasının sədri seçilmişəm. Hər iki ölkənin vəkili olaraq Türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığı və onların məşğulluğunu artırmaq istiqamətində dəstək verməyə və öz təcrübəmi paylaşmağa hazıram. Ticarət sülh və rifahın ən böyük qaynağıdır. Öncəliklə ölkələrimiz arasındakı ticari maneələri aradan qaldırmalı və bir-birimizlə ticarəti artırmalıyıq. Qadın sahibkarlar Komitəsini bu məqsədə çatmağımıza imkan verəcək strateji əhəmiyyətli addım kimi görürəm.
Üzv ölkələr arasında biznes forumların, seminarların, sərgilərin sayını artırmalı və birgə sərgilər təşkil etməliyik. Bu gün biz bu möhtəşəm layihəni Türkiyə-Azərbaycan Qadın Sahibkarlar İş Forumunu həyata keçirdik. Beləliklə, aramızda olan həmrəylik daha da artacaq və yeni əməkdaşlıq imkanları yaranacaq. İnanıram ki, biz əl-ələ versək, hökumətlərimiz və iş dünyası birlikdə çalışsaq, türk dünyası da yeni uğur hekayələri yazacaq”.


Tarix: 28-02-2022, 12:18 Oxunub: 149


Bölməyə aid digər xəbərlər