Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlara xidməti pasport verilməsi məsələsinə baxıla bilər

Baxış: 337
Fəaliyyəti xarici bazarlara yönələn sahibkarlar tərəfindən xidməti pasportların alınması ilə bağlı məsələ qaldırılsa, bu məsələyə baxıla bilər.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.
O bildirib ki, xidməti pasportların verilməsi "Pasportlar haqqında" Qanunla tənzimlənir.
"Biz bilməliyik ki, bu pasportlar sahibkarlara nə verəcək. Bu əsaslandırılarsa bu məsələyə baxıla bilər. Hər ölkədə bu fərqli olur. Misal olaraq, ABŞ və ya bir sıra Avropa ölkəsində xidməti pasport adi pasportlardan fərqlənmir. Odur ki, ehtiyac yaransa, sahibkarlar da bu məsələni qaldırsalar, məsələyə baxıla bilər", - deyə O. Məmmədov qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.