Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

KOBİA sahibkarları onlayn görüşlərə dəvət edir

Baxış: 367
Kənd təsərrüfatı, yüngül sənaye, istixana təsərrüfatı, arıçılıq və bal istehsalı, ictimai iaşə, turizm sahələrində fəaliyyət göstərən sahibkarlar üçün dövlət qurumlarının iştirakı ilə onlayn görüşlər təşkil olunacaq.
Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)xəbər verir.
Bildirilir ki, sahibkarlar KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı və tədbirlərə qoşulmaq üçün keçid linklərini Agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər
Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların iştirakı ilə sahibkarları narahat edən məsələlər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
KOBİA sahibkarları iyun ayında keçiriləcək sahəvi görüşlərdə fəal iştiraka dəvət edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.